Xəbər verdiyimiz kimi, bir neçə saat əvvəl Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, sənət yoldaşları arasında aktyorun evinə ilk yollanan həmkarı, Xalq artisti Nurəddin Mehdixanlı olub.

Aktyor əməkdaşımıza açıqlamasında bunları deyib:

"Bir çox tamaşada birlikdə rol almışıq. Böyük sənətkar idi. Onu itirmək çox ağırdır. Obrazları yaddaşımızda qalacaq. Hər dəfə oynadığı rollar göstəriləndə, Rafael yadımıza düşəcək".

***

Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov da Xalq artistinin evinə gəlib.

 
 
 
 
 


Xəbər lenti