Brilliant yasda özündən çıxdı: "Elə bil bu ailənin böyüyü yoxdur"

Brilliant yasda özündən çıxdı:  "Elə bil bu ailənin böyüyü yoxdur"
26449 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, yaxınları Xalq artisti Rafael Dadaşovla vidalaşmaq üçün onun evinə toplaşıb.

Axşam.az-ın məlumatına görə, mərhum aktyorun yaxınları media nümayəndələrinin çəkiliş etməsinə maneçilik törədiblər.

Bu isə Xalq artisti Brilliant Dadaşovanı özündən çıxarıb.

Müğənni ailə üzvlərinə irad bildirərək, jurnalistlərin çəkiliş etməsinə haqq qazandırıb: 

"Elə bil bu evin sahibi, ailənin böyüyü yoxdur. Kim nə istəyir onu danışır. Kimin ağzı var danışır. hövsələm daralır. Hərə öz işini görür".

Dadaşova əmisi oğlu ilə vida mərasimi keçirilməməsindən də söz açıb. "Onunla xalq, sevənləri vidalaşmaq istəyirdi. Amma bu vida mərasimini keçirə bilmədik. Müəyyən səbəblərdən evdən götürməyə məcbur olduq" deyə, müğənni söyləyib.