Çin koronavirusa qarşı effektiv dərman vasitəsi tapıb

Çin koronavirusa qarşı effektiv dərman vasitəsi tapıb
3323 dəfə oxunub
  • A-
  • A
  • A+

Çində koronavirusun müalicəsi üçün “Avigan” adlı dərmanın istifadə edilməsi planlaşdırılır.

Axşam.az xəbər verir ki, bu barədə Yaponiyanın “NHK” telekanalı məlumat verib.

Biotexnologiyanın inkişafı üzrə Milli Mərkəzin rəhbəri Çjan Sinymin qeyd edib ki, mütəxəssislər Uhan və Şhençhen şəhərində sözügedən dərman preparatını sınaqdan keçiriblər.

Müalicənin test edilməsində Uhandan 240, Şhençhen şəhərindən isə 80 nəfər xəstə iştirak edib.

Alimin sözlərinə görə, virusa yoluxmuş şəxslər dərmanı qəbul etdikdən sonra hərarətləri iki dəfədən daha tez stabilləşib və 4 gün sonra virus testləri mənfi nəticə verib.

Bundan əlavə, preparat gün ərzində öskürəyin qarşısını almağa da kömək edib.