Son günlər dünyada sürətlə yayılan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Ümüumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi insanları evdə oturmağa səsləyib.

Axşam.az xəbər verir ki, sosial şəbəkədə bunla bağlı #evdəqal həştəqli paylaşımlar edilir.

Şou-biznes nümayəndələri də insanları evdə oturmağa səsləyərək #evdəqal həştəqli paylaşımlar ediblər.

Onlar arasında Xalq artisti Röya Ayxan, Əməkdar artist Nərgiz Cəlilova, müğənnilər Zamiq Hüseynov, Eldar Qasımov, aparıcılar Lalə Azərtaş, Zaur və Günay Baxşəliyeva yer alıblar.  

 
 
 
 
 
 
 


Xəbər lenti