71 yaşlı sənətçi qoyulan qadağaya əməl etmədi - Fotolar

71 yaşlı sənətçi qoyulan qadağaya əməl etmədi - Fotolar
3353 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə ötən gündən yaşı 60-dan yuxarı olan şəxslərin çölə çıxmasına qadağa qoyulub.

Axşam.az xəbər verir ki, 71 yaşlı müğənni Selami Şahin isə qadağaya məhəl qoymaraq Bəbək istiqamətində küçələrdən birində görüntülənib.

Üzündəki maskanı əvvəlcə yarıya kimi aşağı edən ifaçı, sonradan onu çıxarıb sevənləri ilə şəkil çəkdirib. Daha sonra kameraların onu çəkdiyini görən Selami "Amandır, arvadım bunu görməsin. Çox hirslənər", - deyib.