8,5 milyona ev aldılar - Fotolar

8,5 milyona ev aldılar - Fotolar
1922 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddətdir davam edən münasibətlərindən övladları dünyaya gələn model Dian Kruqer və aktyor sevgilisi Norman Ridus Hollivud Hillsdə yer alan bir malikanəni 4,5 milyon dollar endirimlə satın alıb.

Axşam.az xəbər verir ki, cütlüyün satın aldığı ev iki il öncə 13 milyon dollara satışa çıxarılmışdı. Dian və Norman bu malikanə üçün 8,5 milyon dollar ödəyib.

Onların övladı ilə birlikdə yaşayacağı evdə 4 yataq otağı, 7 hamam var.

Həmçinin malikanədə açıq mətbəx, mənzərəli teras, hovuz, kinoteatr və idman zalı da yer alır.

Qeyd edək ki, "Əmlak kralı" adlandırılan Norman Ridusun ABŞ-ın müxtəlif şəhərlərində milyonlarla dollar dəyərində evləri var.