Karantində olan Aydanın analizlərinin cavabı açıqlandı

Karantində olan Aydanın analizlərinin cavabı açıqlandı
10245 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq rəssamı Tahir Salahovun rəssam qızı Aydan Salahovanın karantin müddəti başa çatıb.

Axşam.az xəbər verir ki, bu haqda Aydan özü məlumat yayıb. O bildirib ki, analizlərinin cavabı yaxşı olub və onda infeksiya aşkarlanmayıb.

Analizinin cavabını yayımlayan Salahova "Məni evə göndərirlər. Nəhayət... Koronavirus deyiləm. Azadlıq... Xəstə deyildim. İtaliyadan gələndə təyyarədə koronavirusa yoluxan sərnişin var idi" sözlərini yazıb.

Qeyd edək ki, infeksiyanın çox yayıldığı İtaliyadan Moskvaya qayıdan Aydanın özü ilə yanaşı evi və əşyaları da nəzarətə götürülmüşdü.