Azərbaycanlı aktrisa qonşusu ilə dalaşdı - İşə polis qarışdı

Azərbaycanlı aktrisa qonşusu ilə dalaşdı -  İşə polis qarışdı
10241 dəfə oxunub
  • A-
  • A
  • A+
ADO teatrının aktrisası Günel İmanova qonşusu ilə dalaşıb və polisə şikayət edib.

Axşam.az xəbər verir ki, buna səbəb qonşusunun tüfənglə küçə itlərini öldürməsi olub. Bununla bağlı sosial şəbəkədə video paylaşan Günel bildirib ki, kişidən silahın alınmasını tələb edir:

"Qonşum əlində tüfənglə başlayıb küçədəki itləri vurmağa. Biri qaçdı, digəri öldü, o biri yaralandı. Küçə itləridir, amma quduz deyillər. Yaxınlaşıb kişi ilə dalaşdım ki, etməyin, onlar da canlıdır. Mənə təhqiredici sözlər dedi, söydü. Dedim, polisə şikayət edəcəm. Əhəmiyyət vermədi ki, get et, bizə heç kim heç nə edə bilməz. Bu, birinci dəfə deyil. Bundan əvvəl də edib. Yaşadığım ərazidə güllə səsi eşitmək istəmirəm. Gecənin bir yarısı güllə səsinə oyanıram.

Polisə şikayət etdim, gəldilər kişini tapa bilmədilər. Həmin insanın qohumları və həyat yoldaşı evimə gəldi ki, ərizəni geri götür, bir də təkrarlanmayacaq. Dedim ki, sizin sözünüzə güvənmirəm. Ərizəmi geri götürməyəcəm. Polisə məsələni dedim.

Polis işə baxır, istəyirəm silah ondan alınsın. Ya da qanunla ərizə versin ki, bir də silahdan istifadə etməyəcək, itləri öldürməyəcək".

Qeyd edək ki, Günel tamaşaçılara həmçinin "Qara yazı" serialından tanışdır.