Çində yeni öldürücü virus aşkarlanıb

Çində yeni öldürücü virus aşkarlanıb
4544 dəfə oxunub
  • A-
  • A
  • A+

Çində daha bir öldürücü virus aşkarlanıb.

Axşam.az xəbər verir ki, hantavirusdan Yunnan əyalətində artıq bir nəfər ölüb. Avtobusda gedən kişinin qəfil halı pisləşib və o xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib. Həkimlər onda hantavirus olduğunu bildiriblər.

Avtobusda yer alan 32 sərnişin həkim nəzarətinə götürülüb. Onlarda yeni infeksiya növününü olub-olmadığı hələ məlum deyil.

Qeyd edək ki, hantavirus ağır tənəffüs yolu xəstəliyidir. Simptomları bir çox tənəffüs xəstəliklərinə bənzəyir - baş ağrısı, zəiflik, öskürək, həzm problemləri və qusma. Hantavirusa qarşı hələ heç bir müalicə və ya peyvənd mövcud deyil.

Hantavirusların yayılması gəmiricilər vasitəsilə baş verir. Bundan əlavə bəzi həşərat və yarasaların dişləməsindən sonra infeksiyanın meydana gəldiyi hallar olub. Xəstəliyin insandan insana ötürülməsi mümkün deyil.