"Qızını öpüb qucaqladım" - Barışdılar?

"Qızını öpüb qucaqladım" -  Barışdılar?
2555 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı Zülfiyyə Xanbabayeva ilə bağlı gözlənilməz açıqlama verib.

Axşam.az xəbər verir ki, bu haqda müğənni "Söhbətsiz" verilişində danışıb. O bildirib ki, bir müddət əvvəl eyni layihədə yer alıblar:

"Mahnıya, ona qoyulan ürəyə qiymət verirəm. Bir vaxtlar İlhamə Quliyeva ilə küsülü idim, amma onun "Unut məni" mahnısına yüksək səslə qulaq asırdım. Sənət başqadır. Kimləsə ünsiyyətdə deyiləmsə, sənətini inkar etmərək. Məndə belə axmaqlıq yoxdur. Onların oxuduqlarına qiymət verirəm.

Bu yaxınlarda Emin Ağalarov Azərbaycan Cümhuriyyətinin 101 illiyinə aid gözəl layihə etdi. Çəkiliş zamanı və sonrakı ziyafətdə yanbayan idik. Yaxında Zülfiyyə və qızı oturmuşdu. Getdim qızını öpdüm, qucaqladım. Əzəli düşmən deyilik. Həmin yerdə dörd müğənni ilə danışmırdım. Çoxları mənə qayıtdı ki, nə əcəb? Nə edim? Gedim bıçağı götürüm "yortum?". Cəmiyyət arasında özümü aparmağı bacarıram. Kiməsə irada varsa, özünədir, niyə cəmiyyət arasında yaşayım?

Aramızda "Salam" yoxdur. Amma biz bir səhnəyə çıxırıq. Eyni qrim otağında otururuq. Zülfiyyənin valideynlərindən birin dünyasını dəyişmişdi, başsağlığı verdim. Bu kini qiyamətə aparacaq deyiləm. Niyə üzərimdə kin daşıyım? Cavan adamam, həyatımı yaşayım da".