Polisi aldadaraq qaydanı pozan Arif Quliyev evə göndərildi - Video

Polisi aldadaraq qaydanı pozan Arif Quliyev evə göndərildi - Video
18364 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Arif Quliyev 65 yaşla bağlı qadağanı pozub, polis əməkdaşları onu evə göndərib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, yaşadığı məhəllədə Xalq artisti ilə maarifləndirici söhbət aparılıb, ona karantin qaydaları izah edilib və o, evinə göndərilib.

Qeyd edək ki, A. Quliyevin 70 yaşı var. Lakin o polisə 65 yaşının tamam olmadığını söyləyib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin.