Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib

Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
342 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Nazirlər Kabinet yanında Operativ Qərargahın müvafiq qərarına əsasən martın 14-dən başlayaraq ölkə ərazisində tətbiq edilən bəzi sosial izolyasiya tədbirləri ilə əlaqədar olaraq Azərbaycan Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib.

Bu barədə Axşam.az-a muzeydən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi #MuseumFromHome hashtag-i altında onlayn ünsiyyətə köklənib. Beləliklə, muzey yeni rubrikasını təqdim edir. Sənətsevərlər Milli İncəsənət Muzeyində xoş anlarını əbədiləşdirən fotolarını #AMİMvəMƏN #ANMoA&I #artinart hashtag-ları ilə paylaşa və ya muzeyə göndərə bilər. Muzeyin şəkil qalereyasında #AMİMvəMƏN və #artinart hastag-i ilə paylaşılan ən maraqlı fotolar səhifədə post ediləcək. Məqsəd insanları incəsənətə bir addım daha yaxın etmək və muzeyin eksponatlarını böyük auditoriya ilə tanış etməkdir.

Həmçinin Azərbaycan Milli İncəsənət Muzeyi #ANMoACollection və #ArtoftheDay hashtag-ları ilə bütün sənət xiridarlarını muzeyin zəngin kolleksiyasında yer alan incilərlə hər gün daha yaxından tanış olmağa, sənət əsərlərini, günün tablosunu təhlil edərək onların yaranma tarixçəsini öyrənməyə, eləcə də videoçarxlar vasitəsilə korifey rəssamlarımızın bədii dünyasına səyahətə dəvət edir. Sənətsevərlər hər gün yeni rəssamlar kəşf edəcək, misilsiz sənət nümunələri ilə tanış olacaqlar. Habelə muzeyi onlayn izləməklə “İncəsənəti kəşf et!” (Exploreart!) devizi ilə təqdim edilən maarifləndirici viktorinalara qoşulmaq mümkündür.