ABŞ koronavirusa yoluxma hallarına görə dünyada birincidir

ABŞ koronavirusa yoluxma hallarına görə dünyada birincidir
1502 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyada sürətlə yayılan COVİD19 virusuna ən çox yoluxma halı ABŞ-da qeydə alınıb.

Axşam.az xəbər verir ki, bu haqda "The New York Times" nəşri məlumat yayıb. Bildirilib ki, hazırda koronavirusa yoluxanların sayına görə Amerika birinci yerdədir.

Burada 81321-dən çox insan hazırda koronavirusa yoluxub. Bu rəqəmlər isə Çin və İtaliyadan çoxdur.

ABŞ-da virusdan ölənlərin sayı isə 1000-i keçib.

Qeyd edək ki, hazırda dünyanın 199 ölkəsində koronavirus infeksiyası var.