Rayonlara giriş-çıxış qadağan edildi

Rayonlara giriş-çıxış qadağan edildi
4582 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar bir rayondan digərinə giriş-çıxış məhdudlaşdırılıb.

Axşam.az "qafqazinfo"ya istinadən xəbər verir ki, məlumatı açıqlamasında DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov təsdiqləyib. Qurum rəsmisi bildirib ki, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər şəhər və rayonlara da giriş və çıxış məhdudlaşdırılıb.

Qeyd edək ki, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.