Kardaşyan "erməni pizzası" paylaşımı ilə türkləri özündən çıxardı

Kardaşyan "erməni pizzası" paylaşımı ilə türkləri özündən çıxardı
4317 dəfə oxunub
  • A-
  • A
  • A+
Erməni əsilli dünya ulduzu Kim Kardaşyan paylaşımı ilə türkləri özündən çıxarıb.

Axşam.az xəbər verir ki, evinə lahmacun sifariş edən Kim İnstaqramında bunla bağlı paylaşım edib. Kardaşyan lahmacunu "erməni pizzası" adlandırıb.

Onun türk lahmacununu belə adlandırması sosial şəbəkədə tənqidə səbəb olub. Türklər Kardaşyanın səhifəsinə bununla bağlı minlərlə irad yazıblar. Kimi tənqid edənlər arasında müğənnilər Demet Akalın və Ebru Polad da olub.

"Lahmacundur. Türkiyə istehsalıdır" deyə, Demet yazıb. Ebru isə "Canım, o, lahmacundur, erməni pizzası yox" sözlərini əlavə edib.