Restoran, kafe və çayxanalar tam bağlanır - Rəsmi

Restoran, kafe və çayxanalar tam bağlanır -  Rəsmi
4456 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda martın 29-dan bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılacaq.

Axşam.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xüsusi karantin rejimi 29 mart saat 00:00-dan etibarən gücləndiriləcək.

Qərara əsasən, ictimai iaşə obyektlərindən evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.