Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxdu

Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxdu
3944 dəfə oxunub
  • A-
  • A
  • A+

“Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxıb”.

Axşam.az xəbər veir ki, bunu “Report”a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov deyib.

Deputat əvvəlcə icra başçısının müavini ilə əlaqə saxladığını bildirib:

“Alıcı Dilavərovla əlaqə saxlayan zaman bildirdi ki, icra hakimiyyətinin bütün işçiləri koronavirusla bağlı test yoxlanışından keçirilib. Alıcı Dilavərovun test yoxlanışının nəticəsi pozitiv çıxıb”.

E.Nəsirov qeyd edib ki, hazırda icra başçısının müavini xəstəxanada karantinə alınıb:

“Amma heç bir müalicə almır. Buna səbəb Alıcı Dilavərovun ikinci test yoxlanışının nəticəsini gözləməsidir”.

Deputat vurğulayıb ki, Alıcı Dilavərov sağlamlığında heç bir problem olmadığını və özünü pis hiss etmədiyini də söyləyib.