"Yaşlı insanlara göstərilən münasibət cahillikdir"

"Yaşlı insanlara göstərilən münasibət cahillikdir"
3279 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanı cənginə alan koronavirusun təhlükəsi getdikcə artığı üçün ölkələrin çoxu yaşı 65-dən yuxarı olan şəxslərin çölə çıxmağına qadağa qoyub.

Axşam.az xəbər verir ki, bu qadağa kimliyindən asılı olmayaraq yaşı 65 olan hər kəsə aiddir. Bəs, bu vəziyyətdə ahıl yaşlı məşhurlar nə işlə məşğul olurlar? Ümumiyyətlə, onlar bu qadağadan razıdırlarmı?

Erdal Özyağcılar - 72 yaşlı aktyor qadağanın təkcə 65 yaşından yuxarı olanlar üçün deyil, hər kəsə şamil olunmasını bildirib:

"Bu böyük fəalkətdir. Bayıra çıxmıram, çıxanları da başa düşə bilmirəm. Əlimdə yarımçıq qalan ssenari var idi. Vaxtımı dəyərləndirib onu tamamlayıram".

Nebahat Çehre - 76 yaşlı aktrisa ahıllara qarşı göstərilən münasibəti cahillik adlandırıb:

"Bayıra çıxmıram. Evdə kitab oxuyuram. 65 yaşdan yuxarı insanların çölə çıxmağına qoyulan qadağa doğrudur, amma çöldəki bu yaşda olan şəxslərə göstərilən münasibət cahillikdir. Yaşlı insanlara bunu etməməlisiniz, bu, hörmətsizlikdir. Xüsusən də belə bir həssas dönəmdə. Əksinə insanlğınızı belə vaxtda göstərin".

Halil Ergün - 73 yaşlı aktyor hər kəsə səbr arzulayıb:

"Evimin qarşısında bağça olduğu üçün özümü evə qaöalı hiss etmirəm. Ümid edirəm, bundan da pis günlər yaşamarıq. Fransa, Almaniya kimi ölkələri televizordan izləyirəm, şokdayam. Orada da hər yer bağlıdır".

Selami Şahin - yaşı 71 olan müğənni gənc olsaydı belə evdən bayıra çıxmayacağını deyib:

"İnsanlar özləri yaxşı baxsa və ara məsafə saxlasa, bu bəla tezliklə bitər. Gedin marketdən bir şey alın və dərhal evə dönün. Topluluq içinə girməyin".

Türkan Şoray - 74 yaşında olan aktrisa bu günləri də geri də qoyacağını deyib:

"Əminəm ki, bu da keçəcək. Dualarım ölkəm və bütün dünyamladır. 65 yaşlı insanların bayıra çıxmsına qoyulan qadağa düzgündür. Bu, bizi qorumaq üçündür".