“Ağzında bir dişi var, mənə elçi düşüb” - Video

“Ağzında bir dişi var, mənə elçi düşüb” - Video
11240 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artisti Mətanət İsgəndərli bu yaxınlarda ona elçi gələn şəxsin hələ də ardınca gəzdiyini söyləyib.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində danışıb:

“Evə gəlmişik gördüm ki, atam əsəbiləşib. Deyir ki, bir qoca kişi gəlib ki, sənə elçi düşsün. Qarşımı kəsdi, dedi ki, səninlə qohum olmaq istəyirəm. Mətanətə elçi düşmüşəm. Dedim ki, başın xarabdır? Söylədi ki, yaxşı, onu vermirsənsə, Sədaqəti (Müğənninin digər bacısı - red.) ver. Deyirəm, ay kişi, nə danışırsan? Doğrudan deyirsən, ya zarafat edirsən? Atam da çaşıb, bilməyib nə etsin.

İkinci dəfə verilişdən çıxanda həmin kişi çıxdı qarşıma dedi ki, ay Mətanət xanım, nə deyirsən? O məsələni neyləyək? Ağzını açdı gördüm ki, bir dənə dişi var. Dedi ki, Naxçıvanda bağım, villalarım var. Özü də çayın qırağında. Dedim ki, ay kişi, mənim ərə gedən vaxtım deyil. Əl çəkmir, ikinci dəfə də qarşıma çıxdı. Dedim ki, get işinlə məşğul ol. Düzdü, pis kişi deyildi, amma ağzını gərək açmayaydı”.