Tünzalə Ağayeva qızından ayrı qalıb

Tünzalə Ağayeva qızından ayrı qalıb
7849 dəfə oxunub
  • A-
  • A
  • A+
"İndi evdə oturmaq vacibdir. Hər zaman küçədə, səfərlərdə, çəkilişlərdə olan insanam. Evə gecə yatmağa gəlirdim. Hər şeyin birdən birə belə baş verməsi ciddi mesajdır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva rejissor Nail Naiboğlunun İnstaqramda canlı yayımda ünvanladığı sualları cavablandırarkən deyib. Müğənni qızı Fidandan ayrı qaldığını bildirib:

"Tək pis olduğum hal qızım Türkiyədə evdə oturub. Mən burda, o ordadır. Bir-birimizi ancaq videoda görürük. Onlayn dərslər alır, heç yerə çıxmır. Heç Bakıya da gəlmədi. Əvvəl dərslər davam edirdi, yarımçıq qoyub gələ bilmədi. Bizdə təhsil dayanmışdı, orada yox. İndi də yol tamam bağlandı".