Karantin günlərində KİV işinə davam edəcək

Karantin günlərində KİV işinə davam edəcək
595 dəfə oxunub
  • A-
  • A
  • A+

Xüsusi karantin rejimində kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətinə məhdudiyyət qoyulmayacaq.

Axşam.az xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə əksini tapıb.

Sənəddə qeyd edilib ki, 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək olan müddətdə  xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə KİV-lərin fəaliyyətinin davam etdirilməsinə icazə verilir.