Karantin günlərində evdən çıxarkən bu sənədləri yanınızda götürün

Karantin günlərində evdən çıxarkən bu sənədləri yanınızda götürün
4008 dəfə oxunub
  • A-
  • A
  • A+

Əhalidən evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi özləri ilə götürmək xahiş olunur.

Axşam.az xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın əhaliyə müraciətində əksini tapıb.

Eyni zamanda fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslərin xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyətinin isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarınını özləri ilə götürmək xahiş olunur.