"Elə adam var ki, evində çörək almağa pulu yoxdur"

"Elə adam var ki, evində çörək almağa pulu yoxdur"
5225 dəfə oxunub
  • A-
  • A
  • A+
"Balaca uşaqla evdə oturmaq çətindir. Özün anlayırsan, amma balacalar yox. Uşaq bütün günü həyət istəyir. Necə aparasan?".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev deyib. Sənətçi karantin rejimindən bəhs edib. O bildirib ki, bütün gününü evdə keçirir:

"Düzdür, biz ifaçıların işi toy məclislərində idi. Amma indi şənliklərin təxirə salınmasına heyfslənmirəm. Əsas can sağlığıdır. Toy hər zaman olub, yenə olacaq. Elə vəziyyətdir ki, canımızı düşünməliyik. Hələ ailəmiz də bir yandan. Adam bilmir özünü, ailəsini, balaca uşaqlarını qorusun. Ona görə də insanlar bu məsələyə ciddi yanaşmalı, qaydalara riayət etməlidir.

Bu yaxınlarda sosial şəbəkədə metro başına yığışan insanları gördüm. Çox pis oldum. Biz bu cür duruma hazır deyildik. Heç kim bilmirdi belə bir vəziyyət yaranacaq. Elə adam var ki, evində çörək almağa pulu yoxdur, işləməyə məcburdur. Amma bir tərəfdən də virusdan qorunmaq mütləqdir. Təsəvvür edin, bir insanın yoluxması ən az min nəfərin infeksiya qapması deməkdir. Müvəqqəti çətinlikdir, dözmək lazımdır".

Elvin evdə vaxtını yeni mahnılar bəstələyərək keçirdiyini söyləyib:

"Məncə, sənət adamları bekar dayanmır. Onlar yeni mahnılar yazdırır, sənətlə məşğul olurlar. Mənim də bəstələrim var. İnşallah, hər şey düzəlsin, onları təqdim edəcəm".