Musiqili Teatrın binası dezinfeksiya edildi - Fotolar

Musiqili Teatrın binası dezinfeksiya edildi -  Fotolar
528 dəfə oxunub
  • A-
  • A
  • A+
Koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq Səbail rayonu ərazisində müvafiq tədbirlər davam etdirilir.

Axşam.az-ın məlumatına görə, bu dəfə icra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının böyük və kiçik tamaşalar üçün nəzərdə tutulan zallarında, səsyazma studiyası, qrim və digər xidməti otaqlarında, eyni zamanda inzibati binanın ümumi istifadədə olan hissələri və ətrafında dezinfeksiya işləri aparılıb.