Məşhur aktrisa koronavirusa yoluxdu

Məşhur aktrisa koronavirusa yoluxdu
2782 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Cansın Çekili koronavirus infeksiyasına yoluxub.

Axşam.az xəbər verir ki, 31 yaşlı sənətçi yaşadıqlarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

"Əslində sağalanda yazacaqdım, amma bu gün pis əhvalla oyandım. 20 gün bronxlarımın soyuqladığını və allergiyamın olduğunu düşündüm. Keçən həftə xəstəxanaya getdim, analizlərim pozitiv çıxdı. Koronavirusa yoluxduğum deyildi. Özümü karantinə almışam, otağımdan çıxmıram. Evdə anam və bacım var" dey, Cansın yazıb.

O, daha sonra insanlara səslənərək, virusun dəhşətli əlamətlərindən söz açıb:

"Darıxmağa haqqımız yoxdur. Xəstəlik o qədər ağır və yorucudur ki, insan başqa birini yoluxdurmaqdan qorxur. Bu qədər diqqət etməyimə və qaydaları pozmamağıma baxmayaraq, yoluxdum. Evdən cəmi 4 dəfə çıxmışdım, xəstəxanaya getmişdim. Sağlam bir psixoloji durumun olması bu an çox önəmlidir".