Bu şəxslər marketə getmək üçün icazə almayacaq

Bu şəxslər marketə getmək üçün icazə almayacaq
48690 dəfə oxunub
  • A-
  • A
  • A+

Daxili İşlər Nazirliyi "Kütləvi informasiya vasitələrinin, fasiləsiz fəaliyyət göstərən obyektlərin və müəssisələrin əməkdaşları, habelə müvafiq məlumatları “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslər ərzaq və digər gündəlik tələbat mallarını, dərman vasitələrini almaq üçün 8103 nömrəsinə SMS ilə müraciət etməlidirlərmi?" sualına aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkətinə yol verilən, barəsindəki məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslərin ərzaq və digər gündəlik tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə almasına zərurət yoxdur.

Qeyd edək ki, aprelin 5-dən etibarən vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.