Çində koronavirusa yoluxanların 94 faizi sağaldı

Çində koronavirusa yoluxanların 94 faizi sağaldı
1030 dəfə oxunub
  • A-
  • A
  • A+

Çində koronavirusa yoluxan vətəndaşların əksəriyyəti - 94 faizi tamamilə sağalıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi xəbər yayıb.

Məlumata görə, hazırda ölkədə koronavirusa yoluxan 1 562 nəfər qalıb ki, bu da bütün vaxt ərzində baş verən yoluxma hallarının ümumi sayının iki faizini təşkil edir.

Son hesablamalara görə, Çində COVİD-19 virusuna yoluxanların ümumi sayı 81 min 639 nəfər təşkil edib, onlardan 76 min 751 nəfəri sağalaraq evə buraxılıb. Epidemiya nəticəsində 3 326 nəfər dünyasını dəyişib, son sutka ərzində 4 nəfər ölüb.