Dövlət 200 min işsizə pul verəcək

Dövlət 200 min işsizə pul verəcək
8046 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə veriləcək.

Axşam.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi Tədbirlər Planında öz əksini tapıb.

Azərbaycan Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına ödəniləcək məbləğ 200 min vətəndaşı əhatə edəcək. Bu, iki ay nəzərdə tutulub.