Şəkil çəkdirmək istədi, həyatından oldu - Fotolar

Şəkil çəkdirmək istədi, həyatından oldu - Fotolar
3262 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin Kayseri əyalətində şəkil çəkdirmək üçün qayaya çıxan 30 yaşlı Yunus Vicdanlıer adlı şəxs dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, 18 metr yüksəkliyə qalxan Yunusun qəfil ayağının altından qaya parçası qopub. O, sürüşərək uçuruma yuvarlanıb.

Gənci dostları xəstəxanaya çatdırsalar da, amma onun həyatını xilas etmək mümkün olmayıb.