Analizinin cavabı neqativ çıxandan 8 saat sonra öldü

Analizinin cavabı neqativ çıxandan 8 saat sonra öldü
33946 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Perm şəhərində yaşayan 36 yaşlı jurnalist Anastasiya Petrova ölkə üzrə koronavirusdan ölən ilk gənc qurban olub.

Axşam.az xəbər verir ki, ilk dəfə qızdırma və öskürəyə görə həkimə müraciət edən Anastasiyanın analiz cavabları müsbət çıxıb. Martın 23-dən 28-ə qədər xəstəxanada qalan jurnalist müalicə aldıqdan sonra yaxşılaşıb.

Yenidən onunla bərabər övladları və anasından da analiz götürülüb və hamısının cavabları neqativ olub. Lakin cavablardan 8 saat sonra Petrovanın qəfil halı pisləşib və yenidən qızdırması qalxıb. Bundan sonra o, həyatını dəyişib.

Gənc qadının bir müddətdir evdən işlədiyi və az adamla ünsiyyətdə olduğu vurğulanır.