ABŞ-da koronavirus qurbanlarının sayı açıqlanıb.

Axşam.az xəbər verir ki, burada ölənlərin sayı 8503, yoluxanların sayı isə 312 min nəfərə çatıb. Birləşmiş Ştatlarda koronavirusa yoluxmuş 15 min insan sağalıb.

Son məlumatlara görə, dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.



                 

Xəbər lenti