O da koronavirusa yoluxdu

O da koronavirusa yoluxdu
973 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur musiqiçi, “Duran Duran” qrupunun üzvü Con Teylor da koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində məlumat verib.

Gitaraçı bir müddət əvvəl virusa yoluxduğunu və artıq sağaldığını yazıb:

“Əziz dostlar, üç həftə öncə keçdiyim koronavirus testinin nəticəsi pozitiv çıxmışdı. 59 yaşında sağlam və şanslı biriyəm ki, bu prosesin öhdəsindən gələ bildim”.

Yenidən səhnəyə çıxmağı səbirsizliklə gözlədiyini deyən britaniyalı sənətçi izləyicilərini virusla birlikdə mübarizəyə də səsləyib.