Marketdən 1600 manatlıq spirtli içki oğurladı

Marketdən 1600 manatlıq spirtli içki oğurladı
1132 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda marketdən oğurluq edilib.

Axşam.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar-martında Buzovna qəsəbəsindəki marketlərin birindən 1 600 manat dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.