Məşhur müğənni koronavirusa yoluxdu - Komadadır

Məşhur müğənni koronavirusa yoluxdu -  Komadadır
2577 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Nadejda Babkina bir neçə gündür Moskvada xəstəxanalardan birinə yerləşdirilib.

Axşam.az xəbər verir ki, həkimlər ifaçının koronavirus infeksiyasına yoluxduğunu deyiblər. Yaxınları isə 6 gündür müğənninin pnevmaniyaya yoluxduğunu mediadan gizlətməyə çalışırlar.

Babkinanın vəziyyəti ağırdır və həkimlər onu iynə ilə süni komaya salıblar. Onlar Nadejdada COVID-19-un ağır vəziyyətdə olduğunu söyləyiblər.

Yaxınları isə xəbəri təkzib edib, müğənninin bu günlərdə heç kimlə görüşmədiyini, virusa yoluxma ehtimalının olmayacağını bildirib.

70 yaşlı ifaçının oğlu Danil Babkin də anasının koronavirus testindən keçdiyini söyləyib, amma nəticəni açıqlamaqdan imtina edib.