Azərbaycanda 82 yaşlı koronavirus xəstəsi sağalıb

Azərbaycanda 82 yaşlı koronavirus xəstəsi sağalıb
1404 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda koronavirusdan sağalan xəstələr arasında 82 yaşlı şəxs də var. Sağalma insanın immun vəziyyətinin xəstəliyə verdiyi cavabla bağlıdır.

Axşam.az Trend-ə istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri qeyd edib ki, Azərbaycanda koronavirusdan ölən insanların hamısı yanaşı gedən xəstəlikləri olan şəxslər olub.

R.Bayramlı qeyd edib ki, bu gün bir çox xəstələr xəstəliyin gecikmiş mərhələsində müraciət edirlər:

“Ona görə də, onların vəziyyətinin ağırlaşdığını görürük. Antivirus müalicəsinə nə qədər tez başlanılsa, o qədər yaxşı olur. Lakin insanlar evdə müalicəyə cəhd edirlər. Fikirləşirlər ki, təcili yardıma müraciət etsələr, onları karantinə cəlb edəcəklər. Gecikmə olduqda biz xəstələri daha ağır vəziyyətdə izolyasiya etməyə məcbur oluruq. Erkən diaqnoz bizim üçün çox vacibdir. Təcili yardım xidmətindən mütləq şəkildə çəkinməmək lazımdır”.