Qida qalıqlarını küçəyə atdı, tənqid olundu - Fotolar

Qida qalıqlarını küçəyə atdı, tənqid olundu -  Fotolar
1775 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ən yaraşıqlı məhkum” adını alan Ceremi Miks yeni sevgilisi ilə birlikdə “fast food” restoranlarından birinə baş çəkib.

Axşam.az xəbər verir ki, sifarişlərini alan Ceremi avtomobildə yeməyini yedikdən sonra qalıqlarını birbaşa yola töküb.

Sosial şəbəkə izləyiciləri paparatsilər tərəfindən şəkilləri çəkilən modeli mədəniyyətsizliyinə görə tənqid atəşinə tutublar.

Qeyd edək ki, Ceremi oğurluq və qeyri-qanuni silah daşıdığı üçün iki il müddətinə azadlıqdan məhrum edilmişdi.