"Məni məcbur həzm etməlidirlər" - Anardan stilistlərə

"Məni məcbur həzm etməlidirlər" -  Anardan stilistlərə
15286 dəfə oxunub
  • A-
  • A
  • A+
"Məni həzm edə bilmirlər. Dərman alsınlar, həzm etsinlər. Məcbur həzm etməlidirlər. Bu mənim taleyimə yazılan uğurdur".

Axşam.az xəbər verir ki, bu sözləri stilist Anar Ağayev "Show news" verilişinə açıqlamasında deyib. Anar stilistlər arasında heç kimi özünə rəqib görmədiyini söyləyib:

"Onlar mənə rəqib olmaq üçün 15 il yatmamlıdılar, gecə-gündüz çalışmalıdırlar. Bəlkə, onda bir az alınar. Göz önündədir hər şey, sizcə, rəqibim var?

Rəqibsiz olmaq üçün həyatımın 20 ilini işimə sərf etmişəm: təyyarələrdə yata-yata, yuxusuz qala-qala. Bu, mənim öz seçimimdir, istəmirəm rəqibim olsun. Camaat istəyir həm ailəsi olsun, həm dostları ilə əylənsin, həm kef etsin, həm də birinci olsun".