Karantin rejimi ilə bağlı sənədli filmlər çəkiləcək

Karantin rejimi ilə bağlı sənədli filmlər çəkiləcək
450 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Bakı Media Mərkəzi ilə birgə sosial film layihələrinin çəkilişini nəzərdə tutan müqavilə təsdiq olunub.

Axşam.az Nazirliyin saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimi dövründə görülən tədbirlərə həsr olunmuş bir neçə sosial sənədli filmin istehsalı planlaşdırılıb.