Türkiyəli həkim, professor Ercüment Ovalı koronavirusun müalicəsində istifadə edilə biləcək dərmanı tapdığını açıqlayıb.

Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə yazıb. Ovalı tapdığı "Dornaz alfa"nın pandemiyanın müalicəsində test edilməsini təklif edib:

"15 martdan bu işə başladım və aprelin 5-də bitirdim. Ayın 23-də açıqlamağı planlaşdırırdım. Amma o qədər effektli görünür ki, insanların həyatını xilas edə bilər. İnsanların ömründən gün oğurlamaq istəmədim. Təcili olaraq "dornaz alfa" xəstələrin müalicəsində istifadə olunmalıdır. Qəhrəmanlarıma təşəkkür edirəm".

Ercüment Ovalının açıqlamasından sonra hər kəs "dornaz alfa"nın koronavirusun müalicəsi ilə necə əlaqəli olduğu ilə bağlı suallar ünvanlayıb. Bəs görəsən, koronavirus üçün adı hallanan bu dərman nədir? "

"Dornaz alfa" preparatı hüceyrədənkənar DNT-ni tez bir zamanda parçalayan dərmandır. Kistik fibrozlu xəstələrin müalicəsində istifadə edilən təbii insan fermentinin genetik olaraq hazırlanmış bir versiyasıdır. Ağciyərlərdə özlülüyü (axıntı) azaldır və sekresiyaların daha yaxşı təmizlənməsini təmin edir. Dərman ağciyər funksiyasını qorumaq və ya yaxşılaşdırmaq üçün hazırlanıb. Bununla tənəffüs yollarındakı axıntılar azaldılır, təmizlənir və yoluxucu xəstəliklərin şiddəti azaldılır. Nəfəs darlığını aradan qaldırır, bəlğəmi təmizləyir. Koronavirus zamanı insanda nəfəsalma problemi yarandığı, virus ağciyəri zədələdiyi üçün bu dərmanın müsbət təsir edəcəyi bildirilib.

İlk dəfə 1993-cü ildə ABŞ-da qeydiyyata alınıb və 20 ildən çoxdur ki, müxtəlif ölkələrin pulmonoloqlarına görə, kistik fibrozun müalicəsində istifadə olunur.



                 

Xəbər lenti