Bakıdakı bu villa kimindir? - 15 milyona satılır + Fotolar

Bakıdakı bu villa kimindir? - 15 milyona satılır + Fotolar
19782 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Tbilisi prospektində yerləşən iqamətgah 15 milyon manata satışa çıxarılıb.

Axşam.az xəbər verir ki, bu barədə iqtisadçı Qulu İbrahimli özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

O iddia edib ki, dəbdəbəli mülk azərbaycanlı milyarder Vahid Ələkbərova məxsusdur:

“Rusiyanın "Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı məşhur iqamətgahını 15 milyon manata (8,8 milyon dollar) satışa çıxarıb. Görünür, neftin qiymətinin kəskin düşməsi milyarderi Bakıdakı iqamətgahının saxlanması xərclərindən də azad olmağa vadar edib.

Tbilisi prospekti, Avropa Oteli və Heydər Əliyev adına İdman Sarayı yaxınlığında yerləşən klassik üslubda modern və gözəl üçmərtəbəli iqamətgah 36 sot torpaq sahəsinə və 1500 kvadratmetr ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellər, lampalar, qablar, rəsm əsərləri və sairə ilə tam təchiz olunub. Yaxşı baxılmış meyvə və dekorativ ağacları olan gözəl bağı var”.