İmmuniteti gücləndirən təbii vasitələr

İmmuniteti gücləndirən təbii vasitələr
3193 dəfə oxunub
  • A-
  • A
  • A+

COVİD-19 virusu yayılmağa başlayandan bəri zəncəfilə olan tələbat kəskin artıb və məhsulun qiyməti daha da bahalaşıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Samara Araşdırma və Dietoterapiya İnstitutunun direktoru, dietoloq Mixail Ginzburq immuniteti gücləndirən digər təbii vasitələri açıqlayıb.

O bildirib ki, zəncəfillə yanaşı soğan, sarımsaq, qırmızı turp və kələm bakteriyaları öldürür və inkişafına mane olur.

Dietoloq orqanizmdəki iltihabı azaltmaq üçün isə sarıkök, qaragilə, moruq və qarağatdan istifadə etməyi məsləhət görüb.