Məşhur reper Ciqan həyat yoldaşı Oksana Samoylova ilə barışıb.

Axşam.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib.

Sənətçi Oksana ilə şəklini paylaşaraq “Heç yerə getməyinə icazə verməyəcəm” deyə, yazıb. O, daha sonra qızları ilə də evdən fotoları izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, cütlüyün boşanması haqda məlumatı O.Samoylova İnstaqramda yaymışdı. O, 10 illik xoşbəxt ailə həyatından sonra bu qərarı verməyin onun üçün çətin olduğunu bildirmişdi:

“Boşanma üçün müraciət edirəm. 10 illik xoşbəxt ailə həyatı onun tərəfdən yalanmış. Mən ona inanırdım. O, uşaqlarımızın sağlamlığına and içirdi, söz-söhbətlərə inanmamağa yalvarırdı, yalnız məni sevdiyini və heç vaxt xəyanət etmədiyini deyirdi. Xüsusi mübahisəmiz olmamışdı, məni sevdiyini görürdüm. Hər şey yaxşı idi, gözəl uşaqlarımız və gözəl həyatımız var idi. O, mütəmadi olaraq sosial şəbəkədə söyüşlər söyür, dörd uşağının yaşadığı evdə şənliklər təşkil edir”.

Onu da bildirək ki, Ciqan martın əvvəlində sosial şəbəkədə canlı yayımlar zamanı uşaqları ilə kobud rəftar etmiş, yüksək səslə ədəbsiz sözlər işlətmiş və qızından ona pivə gətirməsini istəmişdi.

Cütlüyün bu evlilikdən 3 qızı və 1 oğlu var.

 
 
 
 


                 

Xəbər lenti