"Telefonun kartını çörəyin arasına qoyub yedim"

"Telefonun kartını çörəyin arasına qoyub yedim"
1569 dəfə oxunub
  • A-
  • A
  • A+

Karantin günlərində tez-tez İnstaqramda canlı yayımda izləyiciləri ilə görüşən İrem Derici Oğuzhan Uğurun proqramında yaşadığı çətin günlərdən bəhs edib.

Axşam.az xəbər verir ki, sənətçi əsəbdən etdiyi bir hərəkətə görə günlərlə xəstəxanada yatdığını açıqlayıb:

"Çörəyin arasında telefonumun sim kartını qoyub yedim. Ondan sonra dərhal xəstəxanaya yerləşdirildim. Üzərindən bir il yarım keçib, indi hadisəni gülə-gülə danışıram. Amma həmin vaxt bu haqda danışmağı sevmirdim. Bir dəfə yaradıcı heyətlə başqa yerə uçurduq. Hava limanında oturmuşduq, telefonuma zəng gəldi. Baxıb, gülümsəyib, kənara qoydum. Qulağımdan sırğamı çıxardım və kart yerini açıq götürdüm. Dostumun əlindəki sendviçi götürdüm, arasına qoyub yedim və "indi zəng edin görüm" dedim. Amma bu olanların heç birini həmin ərəfədə xatırlamırdım.

Hər zaman beləyəm. Məsələn, anoreksiya oldum. Özümü dünyanın ən seksual insanı hesab edirdim. Bir anda 40 kiloqram oldum, heç sinəm də qalmamışdı. getdim həkimə, plastik əməliyyat etdirdim. Sinə başım boyda oldu. Ondan sonra 20 kiloqram kökəldim, süd anası kimi gəzirdim.

Həmin ərəfədə çox gözəl olduğumu iddia edirdim. Əlamətlərini soruşurdum, 49-u uyğun gəlirdi, 1 dənəsi uyğunsuz. Deyirdim ki, yox, deyiləm".