Bugünün "İftar menyusu"

Bugünün "İftar menyusu"
1168 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "İftar menyusu"nu təqdim edir:

Göbələk şorbası

Ərzaqlar:
500 qr. göbələk
3 yemək qaşığı un
500 ml. süd
3 stəkan su (ət və toyuq suyu ola bilər)
2 yemək kqşığı kərəyağı
1 ədə bulyon
Duz, istiot zövqə görə
Yarım limon suyu, 2 qaşıq sirkə
Göbələkləri qovuranda istifadə etmək üçün 2 yemək qaşığı göbələk

Hazırlanması:

Göbələkləri soyub bir qaba tökün və yuyun. Qaynar suyu bir qazana töküb, üzərinə limon suyu və sirkə əlavə edib, göbələkləri tökün. Yumuşalana qədər qaynadın. Suyunu süzüb kənara qoyun. Başqa qazana yağı töküb isidin və doğranmış göbələkləri əlavə edin, qovurun. Şorbanı bişirəcəyiniz tavada yağı əridin, üzərinə unu tökün və qovurun. Sonra südü tökün, qaynadın. əgər varsa ət suyu, yoxdursa, adi südü tökün. qaynayandan sonra göbələkləri tökün. Duz və istiotu töküb bir az qaynadın və şorba hazır olandan sonra süfrəyə verərkən üzərinə istəsəniz keşniş tökün.

Toyuqlu çökərtmə

Ərzaqlar:

3 parça toyuq filesi

Sous üçün:

1 yemək qaşığı mayonez
3 yemək qaşığı duru yağ
1 çay qaşığı kəklikotu
1 çay qaşığı qırmızı bibər
Yarım çay qaşığı qaraistiot
1 ədəd balaca rəndələnmiş soğan 

Kartof qızartması üçün:

4-5 ədəd kartof
Duru yağ və duz

Qatıq sosusu üçün:

1 kasa qatıq
1-2 diş əzilmiş sarımsaq və duz

Üzəri üçün 2-3 yemək qaşığı ərinmiş yağ, 1 çay qaşığı qırmızı istiot

Hazırlanması:

Toyuq ətini uzunsöv doğrayın. Bir kasada marinad etmək üçün lazım olan ərzaqları qarışdırın. Əti onunla qarışdırıb, üzərini streçlə bağlayıb 2 saat soyuducuda saxlayın.

Kartofları uzunsov doğrayıb, duzlayıb və yağöda qızardın. Digər tavaya yağı töküb toyuğu da qızardın. Boşqaba kartofu əlavə edin, üzərinə sarımsaqlı qatıq tökün. Üstünə isə bişmiş toyuğu tökün. Kərə yağını qızdırıb içinə qırmızı bibər töküb toyuğunü stünə səpin.

Kök keksi

Tərkibi:

6 əd böyük ölçülü kök

10 əd xurma

3 x/q aqava siropu

2 x/q yulaf əzməsi

2 x/q kətan toxumu

1 ç/q qoz ləpəsi

1 x/q darçın

Üzəri üçün:

2 x/q rəndələnmiş kokos.

Hazırlanma qaydası:

Köklərin qabıqlarını təmizləyin, iri dilimlərə bölün. Xurmaların tumlarını çıxarıb kiçik parçalara ayırın. Qoz ləpələrini kiçik parçalara bölün. Daha sonra bütün məhsulları birləşdirin. Üzərinə yulaf əzməsi, aqave siropu və darçını da əlavə edin və bütün məhsulları yaxşıca qarışdırın. Hazırladığınız qarışımı istədiyiniz qəliblərə yerləşdirib 10 dəqiqə soyuducuda saxlayın.