Hande və Kərəmin yeni serialından fotolar

Hande və Kərəmin yeni serialından fotolar
2803 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Hande Erçel paparatsilərin hədəfinə tuş gəlib.

Axşam.az xəbər verir ki, “Sen çal kapımı” serialından təklif alan aktrisa ssenarini oxumağa başladıqlarını bildirib.

Hande Erçel tərəf müqabili Kerem Bürsin barədə də danışıb:

“Keremlə yeni tanış olmuşuq. Çox şirin və möhtəşəm insandır. Onunla işlədiyim üçün xoşbəxtəm”.

Qeyd edək ki, Hande ekran işində gül satan qız, Kərəm isə holdinq sahibinin oğlu obrazını canlandıracaq. Onların artıq serialdan ilk fotoları da yayılıb.