ATV bütün əməkdaşına koronavirus testi etdirdi

ATV bütün əməkdaşına koronavirus testi etdirdi
1002 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının 2 əməkdaşında koronavirus infeksiyası aşkarlanıb.

Axşam.az xəbər verir ki, bunla bağlı "ATV xəbər"də süjet yayımlanıb. Aparıcı Lalə Azərtaş bildirib ki, ATV-nin bütün əməkdaşları koronavirus testindən keçib:

"Bir neçə gün əvvəl Azad Azərbaycan Müstəqil Teleradio kampaniyasının iki əməkdaşının evdə hərarəti yüksəlib və test veriblər. Nəticə müsbət çıxıb. ATV rəhbərliyi telekanala tibbi briqada dəvət edib və bütün əməkdaş testdən keçirilir.

İlkin olaraq 100 əməkdaşda koronavirus testi edilib. Onlardan ikisi müsbət çıxıb. Telekanalın digər əməkdaşları da növbəli şəkildə testən keçir".