İftar üçün maraqlı reseptlər

İftar üçün maraqlı reseptlər
1566 dəfə oxunub
  • A-
  • A
  • A+
Axşam.az "İftar menyusu"nu təqdim edir:

Kələm şorbası

Ərzaqlar:
Kələm - 1 kq.
Kərə yağı - 1 xörək qaşığı
Soğan - 1 ədəd
Yaşıl soğan - 200 qr.
Kəvər - 200 qr.
Kök - 1 ədəd
Un - 1/4 stəkan
Mixək - 2 ədəd
Qaymaq - 2 xörək qaşığı
Yağsız pendir rəndəsi - 2 xörək qaşığı
Duz zövqə görə

Hazırlanması:
Kələmi yarpaqlarını ayıraraq yuyun. İncə doğradıqdan sonra bir az qaynadın. Bir qazana kərəyağını töküb əridin. Əvvəl incə doğranmış soğanı və yaşıl soğanı qızardın. Rəndələnmiş kökü və doğranmış kələmləri də əlavə edərək üzərinə un səpin. Qarışığın üstünü örtəcək qədər su tökdükdən sonra kəvəri və mixəyi əlavə edərək, 45 dəqiqə bişirək. Ocaqdan götürməmişdən qabaq duz əlavə edin. Sonda rəndələnmiş pendiri səpin. Süfrəyə verərkən üzərinə 1 çay qaşığı qaymaq əlavə edin. 

 

Dondurmalı kokteyl

Ərzaqlar:

400 qr vanilli və ya sadə südlü dondurma
200 ml soyuq süd
100 qr istənilən meyvə

Hazırlanması:

Bütün ərzaqlar blendrə qarışdırılır. Qeyd edək ki, bu sərin içki həm kalsium, həm də vitaminlə zəngindir.

Çölmə kabab

Ərzaqlar:

Toyuq - 1 ədəd
Qırmızı soğan - 4 ədəd
Qoz - 200 qr
Palçıq turşu - 1 x.q
Duz, istiot zövqə görə.

Hazırlanması:
Toyuğu təmizləyib, duz, istiot, turşu çəkib axşamdan basdırma edin. Kənarda qozu, soğanı ət çəkən maşından keçirin Soğanın suyunu sıxıb duz, istiot, turşu qarışdırıb toyuğun içərisinə doldurun. Sonra saxsı qaba qoyub üzərinə yarım stəkan su və hazırladığınız ləvəngidən töküb, 4-5 saat vam odda bişirin.