"Nə ev, nə maşın hədiyyə almışam"

"Nə ev, nə maşın hədiyyə almışam"
1278 dəfə oxunub
  • A-
  • A
  • A+
"Savadsız adamdan müğənni ola bilər. "Besame muço"nu oxuyan müğənninin heç bir savadı yoxdur".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti faiq Ağayev "5/5" verilişində deyib. Müğənni aparıcının suallarını cavablandırıb. Ağayev "İnsanlıq və müğənnilik... Bir arada olur" sözlərinə belə reaksiya verib:

"Adi insanlarda da, müğənnilərdə də azdır: peşəkarlıq və insanlıq. Əksəriyyət müğənnilər iş görür. Bir ərəfə İlhamə Quliyeva ilə danışmırdım. Amma o, "Unut məni" oxuyanda, səsi ucaldır, kef edirdim. Bir çox müğənnilərin işini görəndə, deyirəm, halal olsun. Flora Kərimova, Zülfiyyə Xanbabayeva, Nərgiz Cəlilova ilə duet oxumuşam".

Müğənni ona verilən hədiyyələrdən söz açaraq "Nə ev, nə maşın hədiyyə edilib. Amma özümün aldığım bir dənə də zinət əşyası yoxdur" deyə, bildirib.