23 yaşlı "Dünya gözəli" intihar etdi - Fotolar

23 yaşlı "Dünya gözəli" intihar etdi -  Fotolar
5536 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni Zellandiyanın "Miss Universe" birincisi seçilən gözəli Amber Li Friis vəfat edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı gözəlin intihar etdiyi bildirilib.

Bu haqda məlumatı mərhumun çalışdığı model agentliyi yayıb. Amber 2018-ci ildə keçirilən Dünya gözəli yarışmasında birinci olmuşdu. Yarışmadan sonra o, modellik fəaliyyətini davam etdirib.

Onun intihar etməsinin səbəbi polis tərəfindən araşdırılır.