Oğlunun məzarını ziyarət etmək üçün icazə istədi

Oğlunun məzarını ziyarət etmək üçün icazə istədi
2629 dəfə oxunub
  • A-
  • A
  • A+

Pars olmadan ilk bayramını geçirməyə hazırlaşan model Ebru Şallı oğlunun məzarını ziyarət etmək üçün icazə almağa çalışıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Şallının keçmiş əri Harun Tandan olan oğlu iki ildir əziyyət çəkdiyi xərçəng xəstəliyindən ötən ay vəfat edib.

Ebru 9 yaşında itirdiyi oğlunu qəbiristanlıqda ziyarət etmək istəsə də, karantinə görə evdən çıxa bilmir. O, Ramazan bayramında oğlunu tək qoymaq istəmədiyini bildirib. Onun bu müraciəti "Ən acı tələb" adlandırılıb.